cavan-cuvun (cavanlar)

the younger generation молодняк (молодёжь)
cavabsız qalan imdad
Cavana gedən yumruq yeyər, qocaya gedən quyruq.*
OBASTAN VİKİ
Bəxtsiz cavan
Bəxtsiz cavan — Ə. Haqverdiyev “Bəxtsiz cavan” pyеsini 1900-cü ildə Şuşada yazmışdır. Pyеs еlə həmin ildə tamaşaya qоyulmuşdur. == Əsərin mövzusu == XIX əsrin 90-cı illərində qələmə almış ilk faciələri “Dağılan tifaq” və “Bəxtsiz cavan” birinin Peterburqda, digərinin isə müəllifin təhsildən qayıtdıqdan sonra doğma vətəndə yazılmasına baxmayaraq, hər iki əsərin mövzusu eyni həyatdan – dramaturqun dərindən bələd olduğu Azərbaycan bəylərinin, mülkədarlarının həyat və məişətindən götürülmüşdür. “Dağılan tifaq”da təsvir olunan həyat həqiqətləri ilə “Bəxtsiz cavan”dakı ha­di­sə­lər arasında təxminən on-on iki illik bir dövr keçmişdir. Bu dövr ərzində ictimai mü­nasibətlərdə, Azərbaycan bəy, xan və mülkədarlarının həyatında ciddi tə­bəd­dü­lat yarandığı kimi, Peterburqdakı təhsil illəri də Ə.Haqverdiyevin dünyagörüşünə, ədəbi görüşlərinə qüvvətli təkan və istiqamət vermiş, onun bir xalqçı, ziyalı kimi yetişməsində mühüm rol oynamışdır. “Dağılan tifaq”la müqayisədə “Bəxtsiz cavan”da nəzərə çarpan ideya-məfkurəvi inkişaf məhz bununla izah olunmalıdır. Bu inkişaf həm qələmə alınan hadisələrin mahiyyətində, həm də dramaturqun öz qəhrəmanlarına münasibətində qabarıq şəkildə görünür. “Dağılan tifaq”da müəllif Azərbaycan bəylərinin faciəsini eyş-işrət düşkünlüyündə, bədxərclik, əyyaşlıq və qumarbazlıqda görüb-göstərməyə çalışmışdırsa, “Bəxtsiz cavan”da irəli gedərək zülmkarlıq və ədalətsizlikdə, rəiyyətin insan yerinə qoyulmamasında axtarır. Ədib qismən öz həyatının təsvir еtdiyi “Bəxtsiz cavan” pyеsində gənc Fərhadı özünə оxşatmağa çalışmışdır. Bu, təbii bir haldır.
Cavan Alay
Səmədov Alay Məmməd oğlu - el şairi. == Həyatı == Səmədov Alay Məmməd oğlu 1942-ci ildə Tovuz rayonunun Əlimərdanlı kəndində anadan olub. Şerlərində xalq ədəbiyyatı ənənələri üstünlük təşkil edib. Lirik duyğular, məhəbbət, Vətən və xalqa bağlılıq mənəvi ucalıq el şairinin yaradıcılığının əsas mövzusu olub. O, aşıq şeirinin, demək olar, bütün janrlarında dillər əzbəri olan şeirlər yazıb. Hələ sağlığında onun yaradıcılıq örnəkləri aşıqların repertuarında özünəməxsus yer tutub. Uzun müddət yerli dövlət orqanlarında müxtəlif vəzifələrdə çalışmış Cavan Alayın şəxsiyyəti və yaradıcılığı hər zaman yaradıcı insanlar, onu tanıyanlar, iş yoldaşları və oxucuları üçün əziz olub. == Kitabları == "Mənim də qəlbimin bir arzusu var" == Haqqında yazılanlar == “Tovuzlu Alayı tanı” adlı kitab.
Cavan Zeynallı
Cavan Zeynallı (29 sentyabr 1945, Bakı) — Azərbaycan müğənnisi, cazmen, Azərbaycan Respublikasının Xalq artisti (2019). == Həyatı == Cavan Zeynallı 29 sentyabr 1945-ci ildə Bakıda dünyaya gəlmişdir. Anası Şəfiqə xanım Məcidova opera müğənnisi idi, dahi Üzeyir Hacıbəylinin kollektivində işləmişdi. Əvvəlcə 7 illik musiqi məktəbini, 1967-ci ildə A. Zeynallı adına musiqi texnikumu bitirmişdir. Həmin ildə Azərbaycan Dövlət Konservatoriyasının vokal fakültəsinə qəbul olunmuşdur. 1972-ci ildə konservatoriyanı bitirdikdən sonra Azərbaycan Dövlət Mahnı Teatrında solist işləmişdir. 1976-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının solist-vokalçı kimi fəaliyyət göstərmişdir. 1979–2001-ci illərdə "Qaya" Dövlət ansamblının solisti olmuşdur. "Qaya" ansamblı ilə birgə bir çox xarici ölkələrdə qastrolda olmuş, Azərbaycan estrada sənətinin nümunələrini ləyaqətlə təmsil etmişdir. Musiqiçi özünəməxsus səs tembri, ifa tərzi, aurası ilə böyük pərəstişkar kütləsi qazanmışdır, Bakıda, Moskvada, Latviyada, Almaniyada, Polşada keçirilən Beynəlxalq caz festivallarının iştirakçısı olmuşdur.
Cavan ulduzlar
Cavan ulduzlar dedikdə ulduz təkammülünün başlanğıc mərhələsində olan ulduzlar başa düşülür. Bu sinfə iki qrup obyektlər daxildir: protoulduz və ilkin baş ardıcıllıq ulduzları. Astronomlar , çox qədim bir elliptik qalaktikanın ətrafında yerləşən bir sıra cavan ulduz topası aşkar etdilər - bu kəşf qədim qalaktikaların yalnız qədim ulduzlardan ibarət olması fikrini təkzib etdi. Araşdırma qrupu, Habbl Kosmos Teleskopu və ESO Çox Böyük Teleskop'u istifadə edərək, NGC 4365 qalaktikasının seria halında görünüşlərini aldılar, aparılan bu müşahidələr nəticəsində məlum oldu ki, bu qalaktikanın əksər ulduzlarının yaşı12 milyard və daha böyükdür, bu baxmayaraq bu qalaktikada bir-neçə milyard yaşa malik ulduzlarda var. Bu qalaktikanın belə bir gənc və yaşlı ulduz komleksinə malik olmasının səbəbi hələ də naməlumdur. NASA / ESA Habbl Kosmos Teleskopu və ESO Çox Böyük Teleskop'tan (VLT) əldə edilən məlumatları birləşdirən bir qrup avropalı və amerikalı astronomlar, böyük bir kəşf etdi. Köhnə bir eliptik qalaktikada çox sayda 'gənc' ulduz təsbit etdilər. İlk dəfə, qalaktikada bu qədər köhnə olan bir neçə ulduz meydana gəlmə dövrünü müəyyənləşdirmək mümkün olmuşdur. Eliptik qalaktikaların hər zaman bir ulduz meydana gəlmə dövründən keçdiyi və daha sonra ulduz meydana gəlməsindən məhrum olduğu düşünülmüşdür. Bununla birlikdə, ən yaxşı və ən böyük teleskoplardan kosmosda və yerdə bir araya gətirilməsi, artıq gözlə görülemədən daha çox olduğunu açıqca göstərmişdir.[1] == Spektral enerji parlanmasına əsasən təsnifat == Ulduzun formalaşması kosmik maddənin protoulduz diskinin və ya örtüyünün altında cəmləşməsi nəticəsində baş verir.
Əli Cavan
Əli Cavan (fars. علی جوان‎, ing. Ali Javan; 26 dekabr 1926, Tehran – 12 sentyabr 2016, Los-Anceles, Kaliforniya) — azərbaycan əsilli amerikalı fizik və ixtiraçı. 1959-cu ildə Bell Telephone Laboratories-də qaz lazerinin konsepsiyasını təklif edən ilk şəxs idi. Kiçik U. R. Bennett və D. R. Herriott ilə iş birliyində inşa etdiyi uğurlu bir prototip 1960-cı ildə göstərildi. Elmə verdiyi digər töhfələr kvant fizikası və spektroskopiya sahələrində olmuşdur. Əli Cavan 1926-cı ildə Təbrizdə İran azərbaycanlıların ailəsində doğulmuşdur. Bir il Tehran Universitetinin fizika fakültəsində oxumuşdur. 1948-ci ildə ABŞ-yə köçmüşdür. o, 1949-cu ildə Nyu-Yorkdakı Kolumbiya Universitetinin fizika-riyaziyyat fakültəsini bitirmişdir.
Aşıq Hüseyn Cavan
Əliyev Hüseyn Mikayıl oğlu (1916, Uti kəndi, Şərqi Azərbaycan ostanı – 14 noyabr 1985) — şair, aşıq, 1948-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Demokrat Partiyasının üzvü (1946), Azərbaycanın əməkdar mədəniyyət işçisi (1967) == Həyatı == Aşıq Hüseyn Cavan 1916-cı ildə Cənubi Azərbaycanın Qaradağ mahalının (hazırkı İranın Şərqi Azərbaycan ostanındakı Kəleybər şəhristanının Abışəhməd bəxşinin Seyidan dehistanındakı) Uti kəndində yoxsul ailədə doğulmuşdur. Atasının vaxtsız vəfatından sonra anası Zöhrə bir yaşlı oğlu Hüseyni xilas etmək ümidi ilə Şimali Azərbaycana gətirmişdir. Onlar bir müddət Ağcabədinin Şərəfxanlı kəndində, sonra Dəliməmmədlidə yaşamışlar. 7 yaşından muzdurluq etmiş, qoyun-quzu otarmışdır. 1927-ci ildə Göyçəli Aşıq Ələsgərin qardaşı oğlu Aşıq Musanın şagirdi olmuşdur (1927–1935). Bu sənətin sirlərini, şifahi xalq ədəbiyyatını dərindən öyrənmiş, toy-düyünlərdə, el şənliklərində çıxış etmişdir. 1934-cü ildən arabir şeir yazsa da, poetik yaradıcılığa əsasən 1940-cı ildən başlamışdır. Onun ilk şerləri: "Gül Azərbaycan", "Oyan, vətəndaşım", "Ana vətən", "Oktyabr" və s. Təbrizdə "Vətən yolunda" qəzetində dərc olunmuşdur. 1938-ci ilin iyulunda Cənubi Azərbaycana köçüb Təbrizdə yaşamışdır.
Bəxtsiz cavan (pyes)
Bəxtsiz cavan — Ə. Haqverdiyev “Bəxtsiz cavan” pyеsini 1900-cü ildə Şuşada yazmışdır. Pyеs еlə həmin ildə tamaşaya qоyulmuşdur. == Əsərin mövzusu == XIX əsrin 90-cı illərində qələmə almış ilk faciələri “Dağılan tifaq” və “Bəxtsiz cavan” birinin Peterburqda, digərinin isə müəllifin təhsildən qayıtdıqdan sonra doğma vətəndə yazılmasına baxmayaraq, hər iki əsərin mövzusu eyni həyatdan – dramaturqun dərindən bələd olduğu Azərbaycan bəylərinin, mülkədarlarının həyat və məişətindən götürülmüşdür. “Dağılan tifaq”da təsvir olunan həyat həqiqətləri ilə “Bəxtsiz cavan”dakı ha­di­sə­lər arasında təxminən on-on iki illik bir dövr keçmişdir. Bu dövr ərzində ictimai mü­nasibətlərdə, Azərbaycan bəy, xan və mülkədarlarının həyatında ciddi tə­bəd­dü­lat yarandığı kimi, Peterburqdakı təhsil illəri də Ə.Haqverdiyevin dünyagörüşünə, ədəbi görüşlərinə qüvvətli təkan və istiqamət vermiş, onun bir xalqçı, ziyalı kimi yetişməsində mühüm rol oynamışdır. “Dağılan tifaq”la müqayisədə “Bəxtsiz cavan”da nəzərə çarpan ideya-məfkurəvi inkişaf məhz bununla izah olunmalıdır. Bu inkişaf həm qələmə alınan hadisələrin mahiyyətində, həm də dramaturqun öz qəhrəmanlarına münasibətində qabarıq şəkildə görünür. “Dağılan tifaq”da müəllif Azərbaycan bəylərinin faciəsini eyş-işrət düşkünlüyündə, bədxərclik, əyyaşlıq və qumarbazlıqda görüb-göstərməyə çalışmışdırsa, “Bəxtsiz cavan”da irəli gedərək zülmkarlıq və ədalətsizlikdə, rəiyyətin insan yerinə qoyulmamasında axtarır. Ədib qismən öz həyatının təsvir еtdiyi “Bəxtsiz cavan” pyеsində gənc Fərhadı özünə оxşatmağa çalışmışdır. Bu, təbii bir haldır.
Cavan Aktyor Mükafatı
Cavan Aktyor Mükafatı - Əsası 1979-cu ildə ABŞ-də Maurin Draqon tərəfindən qoyulan hər il aktyorlara və aktrisalara verilən mükafatdır..
Cavan oğlan portreti (Rafael)
Cavan oğlan portreti (it. Ritratto di giovane uomo) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. Rafel əsəri 1513-1514-ci illərdə çəkmişdir. Əsər Rafael Santinin yaradıcılığının Roma dövrünə aid edilir.Cavan oğlan portreti əsəri hal-hazırda Polşada Krakov şəhərində Kzartoski muzeyində saxlanılır.
Cavan oğlan alma ilə (Rafael)
Cavan oğlan alma ilə (it. Ritratto di giovane con la mela) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1505-ci ildə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin Florensiya dövrünə aid edilir. "Cavan oğlan alma ilə" əsəri hal-hazırda İtaliyada, Florensiya şəhərindəki məşhur Uffitsi qalereyasında saxlanılır.